5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağsu şəhər Uşaq Gənclər İdman Şahmat məktəbində tədbir keçirildi

02.10.2025 - ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən rayonumuzda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağsu şəhər Uşaq Gənclər  İdman Şahmat məktəbində  tədbir keçirildi.

Xebercimedia.az xəbər verir ki,  Tədbirdə müəllimlərin cəmiyyətimizin inkişafında oynadığı mühüm rol, onların gələcək nəslin formalaşmasındakı əvəzsiz xidmətləri vurğulandı.

Rayon İcra Hakimiyyəti və onun nümayəndələri, hüquq mühafizə orqanları, təhsil işçiləri və qonaqların iştirakı ilə keçirilən tədbirdə müəllimlərə səmimi minnətdarlıq ifadə olundu,  təhsildə  fərqlənən fəal müəllimlərə  Rayon İcra Hakimiyyəti tərəfindən  fəxri fərmanlar və Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim edildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon komitəsi tərəfindən Uşaq Gənclər İdman Şahmat məktəbinin sərbəst güləş bölməsinin məşqçi müəllimi Elman Şikarovun 65 yaşı təntəli surətdə qeyd olundu.

ETİHİ Ağsu Rayon Komitəsi adından Sarvan kənd ümumi orta məktəbinin kollektivinə tədbirimizin yüksək səviyyədə hazırlanmasına və səmərəli əməkdaşlığa görə dərin təşəkkürümüzü bildiririk. Əməkdaşlığınız və dəstəyiniz gələcək işlərimiz üçün mühüm töhfədir.

Bu gün Uşaq-Gənclər İnkişaf Mərkəzinin hazırladığı tablo Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinə təqdim olundu.

Tədbirdə iştirak edən müəllimlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz təşəkkürlərini bildirdilər. 

Hazırladı:  Valid Musayev.























Tarix: 4-10-2025, 09:49


Bölməyə aid digər xəbərlər