“Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və əməkdaşlıq məsələləri”

“Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və əməkdaşlıq məsələləri”


17 sentyabr 2026-cı ildə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik sahəsində rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğız Respublikasının Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağa iştirak ediblər. Tədbir təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın və qarşılıqlı fikir mübadiləsinin inkişaf etdirilməsi baxımından diqqət çəkib. Çıxışın əsas məzmununda Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik məsələlərinin dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğu vurğulanır. Prezident İlham Əliyev qeyd edib ki, müasir dövrdə dövlətlərin qarşılaşdığı risklər yalnız ənənəvi təhlükələrlə məhdudlaşmır. Beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi məsələlər müxtəlif ölkələri eyni vaxtda narahat edən problemlər sırasında yer alır. Bununla yanaşı, kibertəhdidlərin artması təhlükəsizlik anlayışının yeni texnoloji və informasiya ölçüləri ilə genişlənməsinə səbəb olur. Bu yanaşma təhlükəsizlik məsələlərinin yalnız ayrı-ayrı dövlətlərin milli çərçivəsində deyil, regional və beynəlxalq əməkdaşlıq müstəvisində də nəzərdən keçirilməsini zəruri edir. Müasir təhlükələr bir ölkənin sərhədləri ilə məhdudlaşmadığından onların qarşısının alınması üçün məlumat mübadiləsi, əlaqələndirmə, qabaqlayıcı tədbirlər və institusional əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzv və iştirakçı ölkələrinin təhlükəsizlik qurumları arasında müntəzəm görüşlərin keçirilməsi qarşılıqlı təcrübənin öyrənilməsi və ümumi risklərin müzakirəsi üçün platforma yaradır. Prezidentin çıxışında Türk dünyasını birləşdirən tarixi, dil, mədəniyyət və ənənə amillərinin təşkilat daxilində əməkdaşlıq üçün mühüm zəmin yaratdığı bildirilir. Eyni zamanda, bu əməkdaşlığın siyasi, iqtisadi və mədəni əlaqələrlə məhdudlaşmadığı, təhlükəsizlik və strateji məsələləri də əhatə etdiyi diqqətə çatdırılır. Beləliklə, təhlükəsizlik sahəsində dialoq Türk Dövlətləri Təşkilatının əməkdaşlıq gündəliyinin ayrıca istiqaməti kimi təqdim olunur. Çıxışda regionda sülh və sabitliyin qorunmasının əhəmiyyəti də ön plana çəkilir. Müxtəlif bölgələrdə davam edən münaqişələr, qeyri-sabitlik ocaqları və beynəlxalq təhlükəsizlik sistemində meydana çıxan yeni çağırışlar dövlətlərin koordinasiyalı fəaliyyətinə ehtiyacı artırır. Bu baxımdan təhlükəsizlik şuralarının 2 katibləri və digər aidiyyəti strukturlar arasında təmasların intensivləşdirilməsi ümumi təhlükələrin vaxtında müəyyən edilməsinə və onların qarşısının alınması üçün mümkün mexanizmlərin müzakirəsinə xidmət edə bilər.

Maştağa qəsəbəsi ,Ə.Vahid adına 293 № tam orta məktəbin tarix müəllimi Musayeva Aytən


Tarix: Bu gün, 12:21


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930