Azərbaycanın Türkdilli ölkələrlə münasibəti yüksək səviyyədədir

Azərbaycanın Türkdilli ölkələrlə münasibəti yüksək səviyyədədir



Türk dövlətlərini birləşdirən ümumi etnik köklər, dillər və mədəni dəyərlər xalqlar arasında təbii yaxınlıq formalaşdırır. Bu amil siyasi və iqtisadi maraqlarla yanaşı, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın sosial-mədəni əsaslarını da möhkəmləndirir. Cənab Prezidentin çıxışında gənc nəslin milli və mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız hərbi və fiziki təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır. İnformasiya məkanı, rəqəmsal mühit, ictimai şüur və ideoloji təsirlər də təhlükəsizlik gündəliyinin mühüm komponentlərinə çevrilib. Bu baxımdan TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, forum və konfransların keçirilməsi, gənclərin bir-biri ilə daha sıx ünsiyyətinin təmin olunması ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Təhlükəsizlik məsələlərinin TDT gündəliyində daha mühüm yer tutması dünyada və regionlarda baş verən proseslərlə birbaşa bağlıdır. Münaqişələrin coğrafiyasının genişlənməsi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxması, terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər və informasiya təhlükəsizliyi məsələləri dövlətlər arasında operativ əməkdaşlığı zəruri edir. Bu şəraitdə təhlükəsizlik strukturları arasında məlumat mübadiləsinin, təcrübə paylaşımının və koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik sahəsində əsas məqsəd yalnız mövcud təhdidlərə cavab vermək deyil, mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi və onların qarşısının alınmasıdır.
Digər mühüm məsələ TDT məkanında sabitlik və iqtisadi inkişafın qarşılıqlı əlaqəsidir. Siyasi və iqtisadi sabitlik investisiyaların cəlb olunması, yeni texnologiyaların tətbiqi, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühüm şərtdir. Türk dövlətlərinin bir çoxunda iqtisadi və sosial inkişaf istiqamətində həyata keçirilən layihələr, nəqliyyat və enerji infrastrukturlarının yenilənməsi, regionların inkişafına yönəlmiş tədbirlər TDT məkanında əməkdaşlıq imkanlarının genişlənməsi üçün əlavə zəmin yaradır. Cənab Prezidentin çıxışında demoqrafik amilə toxunması da strateji baxımdan diqqətçəkəndir. Türk dövlətlərinin bir çoxunun gənc əhali strukturuna malik olması gələcək inkişaf üçün mühüm insan kapitalı potensialı yaradır. Lakin bu potensialın real üstünlüyə çevrilməsi təhsil, məşğulluq, sosial infrastruktur, innovasiya və gənclər siyasətinin paralel şəkildə inkişaf etdirilməsini tələb edir. Bu baxımdan TDT çərçivəsində gənclər və insan kapitalının inkişafı üzrə əməkdaşlığın genişləndirilməsi uzunmüddətli strateji əhəmiyyət daşıyır.

Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru 


Tarix: Bu gün, 12:42


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930