Dağ-mədən sənayesi Azərbaycanın gələcək iqtisadi gücüdür

Dağ-mədən sənayesi Azərbaycanın gələcək iqtisadi gücüdür


Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısının səsləndirdiyi fikirlər ölkənin iqtisadi inkişaf strategiyasında yeni bir mərhələnin başlanğıcını göstərir. "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş bu tədbirdə Prezident ölkənin qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində atılan addımların əsaslarını izah edib və bu sahənin gələcək inkişaf perspektivlərini ictimaiyyətlə bölüşüb.
Dövlətimizin başçısı İlham Əliyev müşavirədə diqqəti bu ilin aprel ayında imzaladığı “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncama yönəldərək bildirdi ki, bu aylar ərzində Proqram üzərində hazırlıq işləri gedirdi. Proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaq. Bu sahə ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün çox perspektivli sahədir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilər xüsusi yer tutur. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara verilməsi qarşıdakı dövrün əsas layihələri sırasındadır. Bu ərazilərdə görüləcək işlərin əhəmiyyəti yalnız hasilat göstəriciləri ilə ölçülmür. Faydalı qazıntı yataqlarının istismarı regionlarda yeni istehsal müəssisələrinin, logistika imkanlarının və xidmət sahələrinin yaranmasına təkan verə bilər. Bu isə Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi reinteqrasiyasına əlavə impuls verən amillərdən biri ola bilər.
Digər məsələ isə mövcud yataqların tam təhlil edilib müasir geoloji üsullarla oradakı ehtiyatların tam dəqiqləşdirilməsidir. Perspektivli bölgə kimi Naxçıvan Muxtar Respublikasını da diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, burada da sovet, həmçinin son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə də böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq gələn ildən başlayacaq. Yeni sənaye siyasətinin mühüm elementlərindən biri də Qərb Sənaye Parkıdır: “Parkın yaradılmasının əsas məqsədi dağ-mədən sənayesində hasilatdan son məhsula qədər uzanan istehsal zəncirinin formalaşdırılmasıdır.“Daşkəsən” filiz yatağının istismarı və regionda həyata keçirilməsi nəzərdə tutulan digər layihələr bu sənaye məkanının yaradılmasını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın son illərdə sənaye parkları və aqroparklar vasitəsilə formalaşdırdığı iqtisadi model bu baxımdan mühüm baza yaradır. Müxtəlif bölgələrdə yaradılan sənaye infrastrukturu istehsalın ərazi üzrə genişlənməsinə, yeni müəssisələrin fəaliyyətə başlamasına və ixrac potensialının artmasına imkan verib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da həmin regional iqtisadi siyasətin yeni istiqamətlərindən biri kimi çıxış edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb.
Nəticə etibarilə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin formalaşmasına xidmət edə bilər. Filiz yataqlarının istismarından başlayaraq son məhsula qədər uzanan istehsal zəncirinin qurulması, Qərb Sənaye Parkının imkanlarının genişləndirilməsi, regionlarda məşğulluğun artırılması, ixracın şaxələndirilməsi və ekoloji standartların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir.

Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru


Tarix: Bu gün, 11:22


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930