Azərbaycan-Kamboca əməkdaşlığı yeni mərhələdə

Azərbaycan-Kamboca əməkdaşlığı yeni mərhələdə


Ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi hələlik aşağı səviyyədə olsa da, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə ciddi canlanmanın olacağı gözlənilir. İqtisadi əməkdaşlığın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması ticarət və investisiya imkanlarının genişləndirilməsinə xidmət edəcəkdir.
Məsafə amili və məlumat çatışmazlığı kimi maneələrin aradan qaldırılması üçün Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu mühüm platformadır. Bu forum hər iki ölkənin iqtisadi və investisiya prioritetlərini daha yaxından tanımasına, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılmasına, habelə turizm və nəqliyyat-logistika sahələrində sıx əlaqələrin qurulmasına zəmin yaradır. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması xalqlarımızı birləşdirən tarixi amillərdəndir. Bu gün həmin ənənələrin bərpa edilməsi, qarşılıqlı təhsil imkanlarının yaradılması humanitar əlaqələrin və insan kapitalının inkişafına böyük töhfə verəcəkdir. Eyni zamanda, Azərbaycanın brendinə çevrilmiş, cəmiyyətimizdə 100 faizə yaxın müsbət qiymətləndirilən “ASAN” dövlət xidmətləri sisteminin Kambocada böyük maraq doğurması qürurvericidir. Bir çox dost ölkələrdə uğurla tətbiq olunan bu modelin Kambocaya inteqrasiyası rəqəmsal transformasiya sahəsində ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəkdir.
Hər iki ölkəni birləşdirən kədərli, lakin mühüm məsələlərdən biri də mina problemidir. Həm Azərbaycan, həm də Kamboca minalardan əziyyət çəkmiş və bu gün də bu təhlükə ilə üz-üzədir.
Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində vətən müharibəsindən sonra 400-dən çox vətəndaşımız həlak olmuş və ya xəsarət almışdır. Bu baxımdan, minasızlaşdırma sahasində təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, birgə təlimlərin keçirilməsi son dərəcə vacibdir.
Sülh və təhlükəsizlik istənilən inkişafın əsas şərtidir və bu prinsiplər strictly beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyünə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi torpaqlarımızın hər qarışı dövlətimizin tam nəzarətindədir və bu ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 100 minə yaxın keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarında yaşayır və çalışır.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi


Tarix: Bu gün, 09:43


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031