Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri


Məlum olduğu kimi Kamboca Krallığının Baş naziri Hun Manet 11-12 oktyabr 2026 cı il tarixində Azərbaycan Respublikasına rəsmi səfəri olub.
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994 cü ildə qurulmuşdur.
Azərbaycan Respublikası və Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. Bu sənədlər aşağıdakılardır:
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,
“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasıvə vergidən yayınmanın , habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqqında saziş”,
“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişi” mübadilə edildi.
Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Matenin Azərbaycana səfəri zamanı mətbuata bəyanat vermişdir:
- Beynəlxalq təşkilatlar çərçivəsində ( BMT, Qoşulmama Hərəkatı və AQEM ) fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik.
- Ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik.
- İkitərəfli ticarət əlaqələrində böyük canlanmaya şahid olacağıq.
- Sovet İttifaqı dövründə yüzlərlə kambocalı Azərbaycanda təhsil almışdır.
- “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur.
- Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir.
- Hər iki ölkə üçün ümumi problem olan mina məsələsini müzakirə etdik.
- Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır.

Sabunçu rayonu 192 nömrəli tam orta məktəbin
tarix müəllimi Məmmədov Şəxsiyyət


Tarix: Bu gün, 10:17


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031