Forum Azərbaycan reaqllılqarını dünyaya nümayiş etdirdi

Forum Azərbaycan reaqllılqarını dünyaya nümayiş etdirdi

Prezident cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın siyasi, iqtisadi və diplomatik inkişaf strategiyasını, beynəlxalq münasibətlər sistemində artan rolunu və yeni geosiyasi reallıqlara yanaşmasını əks etdirən mühüm mesajlarla zəngindir. Çıxışın əsas xəttini milli birlik, dövlət suverenliyi, beynəlxalq hüquq, iqtisadi dayanıqlılıq və mədəniyyətlərarası əməkdaşlıq prinsipləri təşkil edir. 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nüfuzlu beynəlxalq platformaya çevrilməsi Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir.
Müxtəlif ölkələri təmsil edən minlərlə iştirakçının Bakıda bir araya gəlməsi ölkəmizin qlobal dialoq və əməkdaşlıq məkanındakı mövqeyini gücləndirir. Müasir dünyada müharibələrin, siyasi qarşıdurmaların və dini-etnik ziddiyyətlərin artdığı şəraitdə mədəniyyətlərarası dialoq yalnız humanitar təşəbbüs deyil, həm də sabitlik və qarşılıqlı etimad üçün strateji vasitədir. Azərbaycan tarixən Avropa ilə Asiyanın qovuşuğunda yerləşərək müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayıb. Multikulturalizm, dini və etnik dözümlülük ənənələri bu gün də cəmiyyətimizin mühüm xüsusiyyətlərindəndir. Ölkədə müxtəlif etnik və dini qrupların vahid dövlətçilik ideyası ətrafında birləşməsi milli sabitliyin əsas dayaqlarından biridir. Bu baxımdan azərbaycançılıq ideologiyası xüsusi əhəmiyyət daşıyır. O, vətəndaşları ortaq vətən, milli maraqlar və dövlət müstəqilliyinin qorunması ətrafında birləşdirir. 44 günlük Vətən müharibəsində nümayiş etdirilən həmrəylik milli birliyin real gücünü təsdiqlədi.
İslam Əməkdaşlıq Təşkilatının və Avropa Siyasi Birliyinin gələcək zirvə görüşlərinə ev sahibliyi etmək perspektivi də ölkəmizin beynəlxalq dialoq məkanındakı rolunu gücləndirir. Azərbaycanın geosiyasi mövqeyi iqtisadi inkişaf üçün də mühüm imkanlar yaradır. Avropa ilə Asiya arasında yerləşməsi, enerji resursları və müasir nəqliyyat infrastrukturu ölkəmizi beynəlxalq bağlantıların vacib iştirakçısına çevirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin inkişafı təkcə tranzit gəlirlərini artırmır, həm də investisiya, logistika və qeyri-neft sektorunun genişlənməsi üçün şərait yaradır. Cənab Prezidentin Azərbaycanın xarici borcunun ÜDM-in 5 faizindən bir qədər artıq olması barədə açıqlaması iqtisadi dayanıqlılıq baxımından diqqətəlayiqdir.
Bu baxımdan multikulturalizm və mədəniyyətlərarası dialoq həm daxili sabitliyi möhkəmləndirən, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən amillərdir. Bütövlükdə, Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın müasir inkişaf modelinin qarşılıqlı əlaqəli istiqamətlərini ortaya qoyur: milli birlik, suverenlik, müstəqil xarici siyasət, iqtisadi dayanıqlılıq və beynəlxalq əməkdaşlıq. Bu istiqamətlərin uzlaşdırılması ölkəmizin regional və qlobal mövqeyini gücləndirir.

Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 10:17


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031