Tarixi dostluqdan strateji tərəfdaşlığa

Tarixi dostluqdan strateji tərəfdaşlığa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə həm Azərbaycanla Vyetnam arasında münasibətlərin tarixinin xatır­la­dılması baxımından, həm də ikitərəfli münasibətlərin şəbəkəsinin coğrafiyası, əlaqələrin is­ti­qa­mət­ləri, perspektivləri haqqında ətraflı bilgi kimi qəbul edildi.
Dövlət başçımız müsahibədə bu iki dövlət arasında əlaqələrin 1959-cu ildən, Vyetnam De­mok­ratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə başladığını, 1983-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfər etdiyini, böyük tarixi şəxiyyət Heydər Əliyevin təşəbbüsü ilə bu səfərin müddətinin səkkiz gün uzadıldığını, rəsmi səfərin ölkənin əsas regionlarını əhatələdiyini, Azərbaycan Respublikasının Prezidentinin 2014-cü ildə  Vyetna­ma ilk döv­­lət səfərini, 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini xatırladaraq dedi: “Keçən ilin mayında Vyetnam Kom­munist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, mü­va­fiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, bey­­nəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təş­ki­latlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy ara­sında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.
Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Vyetnam ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Ümidvarıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə yeni imkanlar açacaqdır.
 
 Məharət Əliyeva-YAP Sabunçu rayon təşkilatının fəal üzvü


Tarix: Dünən, 12:58


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30