12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Ağstafa RİH-də silsilə tədbirlər davam edir - ÖZƏL



Seymur Orucov növbəti dəfə ağstafalı fermerlərlə görüşüb



Ağstafa RİH başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə aidiyyəti üzrə məsul şəxslər, Ağstafa rayonunun kənd təsərrüfatı sahəsi üçün xarakterik olan üzümçülük, kartofçuluq təsərrüfatları ilə məşğul olan fermerlər iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət nəticəsində kənd təsərrüfatında artım tempi təmin olunur, bu sahədə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlər icra olunur, fermerlərə dövlət dəstəyi daim diqqətdə saxlanılır, yerli məhsulların rəqabət qabiliyyəti artırılır. Aqrar sektor üçün olduqca əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə malik olan ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafı güclü iqtisadi potensiala əsaslanır.   

Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Musayev aqrar sahənin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin müvafiq Sərəncamları ilə təsdiqlənmiş dövlət proqramlarından söz açıb, Ağstafa rayonunda becərilən üzüm və kartof bitkilərinə dair statistik məlumatları diqqətə çatdıraraq bildirib ki, hər iki sahənin inkişafı artan dinamika ilə davam edir.

          Çıxış edən digər natiqlər Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ağstafa Şurasının sədri Vüqar Kərimov, müvafiq olaraq kartofçuluq və üzümçülük təsərrüfatları ilə məşğul olan fermerlər - Etibar Əsgərov, Elvin Yaqubəliyev, Əsəd Rzayev, Eyyub Budaqov, Yulət Kərimov, Səməndər Vəliyev, Qurban Aslanov və digərləri öz təcrübələrini bölüşüb, aqrar sahədə əldə etdikləri uğurlardan söz açıb, onları maraqlandıran bir sıra məsələləri önə çəkiblər. Ağstafalı fermerlər həmçinin aqrar sektorun inkişafına, o cümlədən onlara dövlət tərəfindən göstərilən dəstəyə, ödənilən subsidiya və digər bu kimi güzəştlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

          İşgüzar şəraitdə keçən görüşdə rayonun kənd təsərrüfatı sahəsinin inkişafına dair fermerlərin bir sıra vacib məsələlərə dair fikirləri öyrənilib, onların təklif və müraciətləri qəbul olunub. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.  








Ağstafa RİH başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir



Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Göycəli kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, şəhid ailələrinin üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qəbulda vətəndaşların müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması üçün məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

           




Seymur Orucov Ağstafa rayonunun Gürcüstan respublikası ilə həmsərhəd kəndlərindən olan Ağgöl sakinləri ilə növbəti səyyar qəbulunu keçirib



Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.
Qəbulda giriş nitqi söyləyən RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq aləmdə artan nüfuzundan söz açaraq diqqətə çatdırıb ki, respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun bütün yaşayış məntəqələrində təşkil olunan səyyar qəbullar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində icra olunan tədbirlərdəndir. Vətəndaşlar həmçinin onların məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Vətəndaşların təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb, qaldırılmış məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.




Tarix: 13-08-2024, 14:28


Bölməyə aid digər xəbərlər