
Binə qəsəbəsində yerləşən İmam Rza əleyhissəlam məscidinin axundu Hacı Həsən Rüstəmov dini-mənəvi dəyərlərin təbliği, insanlara göstərdiyi diqqət və cəmiyyət içərisində qazandığı hörmətlə seçilən din xadimlərindən biridir. O, uzun illərdir insanların mənəvi maariflənməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini biliklərin düzgün şəkildə təbliği istiqamətində fəaliyyət göstərir. Sadəliyi, səmimiyyəti və insanlara yaxın münasibəti ilə tanınan Hacı Həsən Rüstəmov Binə qəsəbəsində böyük hörmət qazanan ziyalı din adamlarındandır.
İmam Rza əleyhissəlam məscidi bu gün təkcə ibadət məkanı deyil, eyni zamanda insanların mənəvi rahatlıq tapdığı, birlik və həmrəyliyin möhkəmləndiyi müqəddəs ünvanlardan biri kimi fəaliyyət göstərir. Hacı Həsən Rüstəmov burada dini mərasimlərin yüksək səviyyədə təşkil olunmasına, insanlara düzgün dini biliklərin çatdırılmasına və gənclərin milli-mənəvi dəyərlərə bağlı yetişməsinə xüsusi diqqət ayırır.
Onun fəaliyyətində insanlara qayğı və diqqət mühüm yer tutur. Hacı Həsən Rüstəmov daim ehtiyacı olan insanlara dəstək göstərməyə, aztəminatlı ailələrin yanında olmağa və xeyriyyə işlərində fəal iştirak etməyə çalışır. Müqəddəs bayram günlərində insanlara yardım göstərilməsi, şəhid ailələrinə və qazilərimizə xüsusi ehtiram nümayiş etdirilməsi onun fəaliyyətində mühüm istiqamətlərdən biridir.
Hacı Həsən Rüstəmov şəhid ailələrinə və qazilərimizə göstərilən diqqəti hər zaman yüksək qiymətləndirir və özü də bu ailələrin yanında olmağa çalışan din xadimlərindəndir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin əziz tutulması, onların ailələrinə mənəvi dəstək göstərilməsi cəmiyyətimizdə birlik və vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir.
O, çıxışlarında və söhbətlərində insanları mərhəmətə, birlik və həmrəyliyə çağırır, milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini xüsusi vurğulayır. Gənclərin düzgün tərbiyə olunması, cəmiyyətə faydalı insan kimi yetişməsi və dini radikalizmdən uzaq sağlam düşüncəli vətəndaş formalaşması istiqamətində maarifləndirici fəaliyyət göstərir.
Hacı Həsən Rüstəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirən din xadimlərindəndir. O, dövlət tərəfindən məscidlərin bərpası, dini abidələrin qorunması və milli-mənəvi irsimizin yaşadılması istiqamətində görülən işlərin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayır.
İmam Rza əleyhissəlam məscidində keçirilən dini mərasimlər, maarifləndirici söhbətlər və birlik tədbirləri insanların mənəvi dünyasının zənginləşməsinə mühüm töhfə verir. Məscidə gələn insanlar burada həm dini bilik əldə edir, həm də mənəvi rahatlıq tapırlar.
Hacı Həsən Rüstəmov insanlarla münasibətdə sadəliyi, təvazökarlığı və diqqətli yanaşması ilə seçilir. Onun cəmiyyət arasında qazandığı hörmətin əsas səbəblərindən biri də məhz insanlara olan səmimi münasibəti və xeyirxah əməlləridir.
Bu gün Binə qəsəbəsində yerləşən İmam Rza əleyhissəlam məscidi Hacı Həsən Rüstəmovun fəaliyyəti ilə insanların mənəvi birliyinə, dini maariflənməsinə və milli dəyərlərimizin yaşadılmasına xidmət edən müqəddəs məkanlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.
Bölməyə aid digər xəbərlər








