Lənkəranda avtomobillər toqquşub, 3-ü məktəbli, 2-si tələbə olmaqla 5 nəfər xəsarət alıb

Lənkəranda avtomobillər toqquşub, 3-ü məktəbli, 2-si tələbə olmaqla 5 nəfər xəsarət alıb

Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report" məlumatına görə, hadisə rayonun Şovu kəndi ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər - 2008-ci il təvəllüdlü E.Əmrəzadə, Ş.Sultanova (2008), F.Əmrəzadə (2013) və X.Məmmədli (2018) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıblar.

TƏBİB-in Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev "Report"un yerli bürosuna açıqlamasında qəza zamanı xəsarət alanların vəziyyətinin stabil olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.


Tarix: Bu gün, 11:25


Bölməyə aid digər xəbərlər