Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı

Sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.
Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik.
Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik.
Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.
İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır.
Böyük potensiala malik sahələrdən biri də mədənçilikdir.
Dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq.
Digər potensial imkan isə elektrik enerjisi ilə bağlıdır, artıq 250 meqavatlıq ehtiyatimız var.
İqlim dəyişikliyinin təsirinə hələ məruz qalmamışıq.
Azərbaycan dünyada neftin hasil edildiyi ilk məkan olub, - o vaxt hələ müasir mənada ölkə deyildi, - və biz ilk neft buruğunun xatirəsini qoruyub saxlayırıq.
İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu olmasaydı, İkinci Dünya müharibəsinin nəticəsi tamamilə fərqli ola bilərdi.
İşğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik.
Düşünürəm ki, xüsusilə Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul etdik. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır.
Təcrübəyə gəldikdə isə əlbəttə, aparıcı şirkətlərin ən yaxşı təcrübələri və qabaqcıl yanaşmaları bizim üçün çox vacib olacaq. Bu, düzgün istiqamətdə irəliləməyimizə və qeyd etdiyimiz sahələrdə, neft-qaz sektorunda yaratmağa nail olduğumuz mühitə bənzər bir mühit formalaşdırmağımıza imkan verəcək.
Beləliklə, iqtisadiyyatımız daha da şaxələndiriləcək. Baxmayaraq ki, bu gün ÜDM-ə nəzər salsaq, onun 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Lakin ixracımıza nəzər yetirsəniz, görərsiniz ki, ixracımızın hələ də 90 faizindən çoxu neft və qazın payına düşür. Biz bu göstəricini yaxşılaşdırmalıyıq və ümid edirik ki, bizimlə əməkdaşlıq etmək qərarına gələcək qonaqlarımızın köməyi ilə buna nail olacağıq.
Hansı sahəyə əl atsaq müsbət nəticə alırıq.Bütün sahələrdə yalnız irəliyə doğru addımlayıriq.
Sabunçu rayonu 72 nömrəli məktəb-liseyin rus dili müəllimi Qəniyeva Məqsədi Xalıq qızı

Tarix: Bu gün, 09:54


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930