Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biridir.
Prezident İlham Əliyev: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. ”
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.
VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilməsidir. Bu baxımdan qurultay ölkənin yeni ictimai-siyasi və geosiyasi reallıqları şəraitində keçirilən mühüm tədbir kimi diqqəti cəlb edir.
Qurultayda ölkəmizin qarşısında duran yeni vəzifələr, dövlətin gələcək inkişaf istiqamətləri, siyasi fəaliyyət və regional proseslər haqqında fikirlər səsləndirilmişdir. Eyni zamanda, YAP-ın qarşıdakı dövrdə fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər müzakirə edilmişdir.
Yeni Azərbaycan Partiyasının qurultayları yalnız partiyanın daxili fəaliyyəti baxımından deyil, Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərin müzakirəsi baxımından da əhəmiyyət daşıyır. Qurultayda qəbul edilən qərarlar və müəyyənləşdirilən fəaliyyət istiqamətləri ölkənin siyasi həyatında öz əksini tapır.
Nəticə olaraq qeyd etmək olar ki,Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir ictimai-siyasi tarixində əhəmiyyətli hadisələrdən biridir. Qurultay ölkəmizin yeni reallıqlarını, qarşıda duran vəzifələri və gələcək inkişaf istiqamətlərini müzakirə etmək baxımından mühüm platforma olmuşdur.
Bakı şəhəri Sabunçu rayonu Rasim Quliyev adına 107 nömrəli tam orta ümumtəhsil məktəbinin Uşaq Birliyi Təşkilatı Rəhbəri Aynurə Allahverdiyeva

Tarix: Bu gün, 15:41


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031