Bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək

Bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə başa çatdıqdan sonra həmin ərazilərdə bərpa və geniş quruculuq işlərinə başlanılmışdır. Həmin bərpa və quruculuq işləri 2022-2026-cı illəri əhatə edən I Dövlət Proqramında öz əksini tapmışdır. Dövlət Proqramının ümumi məzmununu Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması təşkil edir. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa edilməsi, 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulmuşdur. Bugün müasir infrastruktur layihələrinin həyata keçirildiyi "ağıllı kənd və şəhərlər"in yaradıldığı Qarabağ və Şərqi Zəngəzur, sözün əsl mənasında, dünyanın möcüzəsinə çevrilmişdir. Dövlət başçımız Cənab Prezdent İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın azad edilmiş ərazilərində sürətli bərpa-quruculuq işləri davam etdirilir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən də işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verilir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir. Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqləyir.
142 nömrəli tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi Sevda Quliyeva

Tarix: Bu gün, 15:43


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031