22:41 / 05-10-2026
Sərxan İsmayılov: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır
22:39 / 05-10-2026
Novxanının qayğısını gündəlik əməli işə çevirən rəhbər – Şahin Tağıyev
22:36 / 05-10-2026
Anar Qasımov: Qələbə ruhu ilə strateji hədəflərə doğru
22:30 / 05-10-2026
Fərdi Ağamalıyev: Azərbaycan tərəqqi və inkişaf yolunda irəliləyir
22:26 / 05-10-2026
Şəhər rahatlığı gündəlik zəhmətdən başlayır — Manaf Manafovun məsuliyyətli fəaliyyəti
22:19 / 05-10-2026
İnsan Həyatının Ən Həssas Nöqtəsində Dayanan Peşəkarlıq – Neyrocərrah Dr. Afər Allahverdiyev
22:16 / 05-10-2026
Suyun Hər Damlasında Məsuliyyət Var – Şəmil Ziyadovun Meliorasiya Sahəsində Fəaliyyəti
22:13 / 05-10-2026
Ticarətdə Etibarın və Keyfiyyətli Xidmətin Ünvanı – “Ordubad Market”in Rəhbəri Toğrul Müəllim
23:01 / 04-10-2026
Ayaz Əliyev: Cəbrayılın yeni dövrü - bərpa, qayıdış və inkişaf
22:59 / 04-10-2026
Elmin Dəqiqliyini Həkim Mərhəməti ilə Birləşdirən Ziyalı – Dr. Həsən Əsədov
19:19 / 02-10-2026
Şəhriyar müəllim: Uzaqgörən qərarlar, strateji hədəflər
19:16 / 02-10-2026
Münasib Qurbanov: Liderlik, güclü iradə, xalq dəstəyi
19:10 / 02-10-2026
Etibar müəllim: Uzaqgörən siyasət və milli maraqlar
19:07 / 02-10-2026
Elşad Hüseynov: Heydər Əliyev və dayanıqlı inkişaf modeli
19:04 / 02-10-2026
Elşad Abdullayev: Heydər Əliyev və Azərbaycanın dövlətçilik strategiyası
23:51 / 22-09-2026
XADİMƏ TƏLƏB OLUNUR – MAAŞ 500 AZN
23:13 / 20-09-2026
Təbiətə Sahib Çıxmaq Gələcəyin Haqqını Qorumaqdır
22:37 / 04-09-2026
“Ordubad Supermarket” – Sumqayıtda Alış-Veriş Mədəniyyətinə Öz Yanaşmasını Gətirən Ünvan
22:16 / 03-09-2026
Göyçay Pendir Sexi – Ənənəvi Pendir Dadını Süfrələrə Daşıyan Yerli İstehsal
22:12 / 03-09-2026
Ramin Ağazadə: Azərbaycanın Yeni Siyasi Xətti: Cənubi Qafqazdan Mərkəzi Asiyaya Uzanan Əməkdaşlıq Məkanı
22:09 / 03-09-2026
11 Saylı Cəzaçəkmə Müəssisəsində Nizam-İntizam və Peşəkar İdarəçilik – Şakir Qəniyev
22:06 / 03-09-2026
Green Villa Baku – Paytaxtda Rahat Yaşayışın Fərqli Ünvanı
00:58 / 03-09-2026
Rüfət Sucayev: Azərbaycan Avrasiyada Yeni Əməkdaşlıq Xəritəsinin Formalaşmasında Mühüm Söz Sahibinə Çevrilir
00:55 / 03-09-2026
Münasib Qurbanov: Azərbaycanın Avrasiyada Güclənən Mövqeyi - Bakı Yeni Əməkdaşlıq Coğrafiyasının Mərkəzində
00:52 / 03-09-2026
Şahnaz xanım: Azərbaycanın Mərkəzi Asiya ilə Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Qədəm Qoyur
00:40 / 03-09-2026
Cəmilə Talıbova – Uşaqların Sağlam Gələcəyi Naminə Peşəkarlıq və Şəfqətlə Görülən Şərəfli İş
00:37 / 03-09-2026
Qüdrəddin Verdixanov – Binəqədi Bələdiyyəsində Vətəndaşa Diqqəti və Sosial Həssaslığı ilə Seçilən İdarəçi
00:33 / 03-09-2026
Dr. Həsən Əsədov – Cərrah Dəqiqliyini İnsan Taleyinə Qayğı ilə Birləşdirən Tanınmış Həkim
22:23 / 27-08-2026
Vaqif Müslümov – Xətai Rayonunda Asayişin və Vətəndaş Güvəninin Keşiyində Dayanan Polis Polkovniki
Zəfərdən yeni hədəflərə
Bölməyə aid digər xəbərlər

Azərbaycanın müasir dövlətçilik tarixi zəngin və mürəkkəb siyasi proseslərlə dolu bir salnamədir. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən ölkəmiz həm daxili siyasi xaos, həm də xarici hərbi təcavüz nəticəsində ciddi böhranla üz-üzə qalmışdı. İqtisadi tənəzzül, dövlət idarəçiliyindəki pərakəndəlik və vətəndaş müharibəsi təhlükəsi fonunda cəmiyyətin xilaskar bir lidərə və güclü bir siyasi qüvvəyə ehtiyacı var idi. Məhz bu tarixi zərurətdən irəli gələrək Yeni Azərbaycan Partiyası (YAP) yarandı və Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdı. YAP-ın təməlinin qoyulması - məşhur "91-lər"in müraciəti və Naxçıvanda keçirilən təsis konfransı - Azərbaycanın milli həmrəylik tarixinin dönüş nöqtəsidir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi zəkası və xalqın sarsılmaz inamı ilə təməli qoyulan bu təşkilat yalnız bir siyasi partiya deyil, Azərbaycan dövlətçiliyinin, milli həmrəyliyin və inkişafın əsas sütununa çevrilib. Otuz ildən artıq bir müddətdə iqtidarda olan YAP ölkəmizi siyasi burulğanlardan çıxararaq Zəfərə, Qafqazın lider dövləti olmaq zirvəsinə daşıyıb. Bu gün YAP nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsidir.
Ulu Öndərin xilaskarlıq missiyası və Onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğala son qoydu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi. Bu tarixi zəfərlər fonunda Azərbaycanın xarici siyasət strategiyasının və ideoloji təhlükəsizliyinin əsas prinsipləri VIII Qurultayda bir daha aydın şəkildə bəyan edildi. Rəsmi Bakı xarici siyasətini hər hansı kənar diktə ilə deyil, yalnız milli maraqlar əsasında qurur. Ölkəmiz artıq dünyanın aparıcı ekspertləri və analitikləri tərəfindən "orta güc dövləti" kimi qəbul olunur və tam iqtisadi müstəqilliyə sahibdir. Dövlət başçısının xarici müdaxilələrə və təzyiq cəhdlərinə cavabı konkret və kəsərli oldu.
Bu gün Azərbaycan öz daxili resursları hesabına Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır, balanslaşdırılmış xarici siyasəti və qlobal layihələri ilə beynəlxalq aləmin en etibarlı tərəfdaşlarından birinə çevrilib. Müstəqil siyasətin və iqtisadi suverenliyin en bariz göstəricisi isə işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq işləridir. Azərbaycan heç bir xarici maliyyə asılılığı olmadan, sırf öz daxili potensialı ilə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.
VIII Qurultayın keçirildiyi mərhələnin əsas üstünlüyü də məhz budur: Azərbaycan artıq yalnız gələcək barədə danışan deyil, öz qarşısına qoyduğu böyük məqsədləri mərhələli şəkildə həyata keçirən dövlətdir.
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini
Tarix: Bu gün, 16:18
Bölməyə aid digər xəbərlər
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
25-12-2025, 23:12
Mürsəl Eminov: “Zəfərdən suverenliyə - Prezident İlham Əliyevin quruculuq strategiyası”
24-12-2025, 00:18
Vüsal Hüseynov: Qələbəmizin və İnkişafımızın Simvolu
10-05-2024, 10:12
Rəşad İsayev: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.