Laos bizim üçün dost ölkədir

Laos bizim üçün dost ölkədir


Dünya xəritəsində kiçik görünən, lakin böyük mədəniyyətə malik olan Laos Xalq Demokratik Respublikası, bizim üçün uzaq coğrafiyada yerləşsə də yaxın dost ölkədir. Azərbaycan ilə Laos arasında minlərlə kilometr məsafə olsa da, xalqlarımızı birləşdirən ortaq dəyərlər var. - sülh, sabitlik, qarşılıqlı hörmət,sadiqlik.
Həm Azərbaycan, həm də Laos müstəmləkəçiliyin acılarını görmüş, müstəqilliyini böyük mübarizə hesabına qazanmış ölkələrdir. Bu tarixi oxşarlıq bizi bir-birimizə yaxınlaşdırmışdır. Laos hər zaman dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatında ölkələrimizin bir-birinin haqlı mövqelərinə qarşılıqlı dəstək verməsi bu dostluğun bariz nümunəsidir.
İqtisadi və humanitar sahədə də dostluq üçün böyük potensial mövcuddur. Laos Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Onun zəngin təbii sərvətləri, hidroenerji potensialı və kənd təsərrüfatı sahəsində təcrübəsi Azərbaycan üçün maraqlıdır. Azərbaycanın da enerji, nəqliyyat-logistika və bərpa olunan enerji sahəsində qazandığı təcrübə Laos üçün faydalı ola bilər. Bu qarşılıqlı maraq gələcəkdə ticarətin artmasına və birgə layihələrin həyata keçirilməsinə şərait yaradır.
Bizi birləşdirən ən vacib amil insan amilidir. Laos xalqı öz qonaqpərvərliyi, təvazökarlığı və sülhsevərliyi ilə tanınır. Bu keyfiyyətlər Azərbaycan xalqının milli xarakterinə çox yaxındır. Hər iki xalq ailə dəyərlərinə, böyüklərə hörmətə və adət-ənənələrin qorunmasına böyük önəm verir. Bu mənəvi yaxınlıq xalqlararası dostluğa çevrilmişdir.
Bu gün Azərbaycanın xarici siyasətinin əsas prinsipi - "uzaqda dostlar qazanmaq, yaxında sülhü qorumaq" prinsipidir.Bu prinsipə Laos tam uyğun gəlir. Laos ilə dostluq bizə Asiya qitəsində yeni etibarlı tərəfdaş qazandırır, Laos üçün isə Azərbaycan Qafqaz və Xəzər regionuna açılan körpüdür.Ona görə də əminliklə deyə bilərik: Laos bizim üçün sadəcə diplomatik münasibətdə olduğumuz bir ölkə deyil, dəyərlərimizi bölüşən, çətin günlərdə bir-birimizi anlayan və gələcəyə birlikdə baxan dost ölkədir. Bu dostluğu qorumaq və daha da inkişaf etdirmək hər birimizin borcudur.


Tarix müəllimi Musayeva Aynurə Əlipaşa qızı
Cəlal.Məmmədyarov adına 155 nömrəli tam orta ümumtəhsil məktəbi


Tarix: 15-10-2026, 10:10


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031