MƏDƏNİYYƏTLƏRARASI DİALOQ VƏ BEYNƏLXALQ NÜFUZ

MƏDƏNİYYƏTLƏRARASI DİALOQ VƏ BEYNƏLXALQ NÜFUZ

Ortaq Gələcək Naminə Dialoq Məkanı: Azərbaycanın Zəfər Yolu və Beynəlxalq Əməkdaşlıqda Liderlik Rolu

Müasir dünyada qlobal sülhün, qarşılıqlı anlaşmanın və müxtəlif sivilizasiyalar arasında körpülərin qurulması bəşəriyyətin qarşısında duran ən mühüm çağırışlardan biridir. Bakı şəhərində təşkil edilən “Ortaq gələcək naminə dialoq” mövzusundakı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın bu sahədə beynəlxalq miqyasda həlledici mərkəzə çevrildiyini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Forumda etdiyi proqram xarakterli və dərin məzmunlu çıxış ölkəmizin həm köklü milli-mənəvi dəyərlərini qoruyub saxlaması, həm də beynəlxalq aləmdə etibarlı, prinsipial və nüfuzlu tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməsi baxımından mühüm strateji baxışı əks etdirir.
Əsrlər boyu müxtəlif xalqların və dinlərin dinc, harmonik şəraitdə birgə yaşadığı Azərbaycan multikulturalizmin unikal mərkəzinə çevrilmişdir. Dövlətimizin başçısının xüsusi vurğuladığı kimi, biz əsr-əsr formalaşan öz zəngin ənənələrimizi, milli kimliyimizi və həyat tərzimizi göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, onları müasir dövrün tələblərinə uyğun olaraq daha da gücləndirmişik. Milli dəyərlərə sadiqlik və açıq dialoq mühiti Azərbaycanı fərqli mədəniyyətlərin qovuşduğu, problemlərin sivil yolla həll edildiyi nümunəvi bir məkana çevirir.
Çıxışda diqqət çəkən ən vacib konseptual məqamlardan biri beynəlxalq hüququn aliliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin zəruriliyi idi. Azərbaycan öz gücü və siyasi iradəsi ilə BMT qətnamələrini icra edərək tarixi ədaləti bərpa etdi və beynəlxalq birliyin ən etibarlı üyəsi olduğunu sübuta yetirdi. Bu böyük siyasi və mənəvi zəfərlərin təməlində isə ölkəmizin sarsılmaz iqtisadi müstəqilliyi dayanır. Xarici dövlət borcunun ÜDM-in cəmi 5 faizindən bir az artıq olması Azərbaycanın maliyyə dayanıqlığını və öz gələcəyinə nə qədər inamla addımladığını aydın göstərir. Nəticə etibarilə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dünyada sülhün, əməkdaşlığın və multikultural dəyərlərin təşviqində aparıcı rolunu bir daha təsdiqlədi. Müstəqil iqtisadiyyat, zəngin mədəni irs və prinsipial xarici siyasət Azərbaycanın ortaq gələcəyimizə verdiyi ən dəyərli töhfədir.
Müəllif Sabunçu rayonu, N.Nərimanov adına 128 saylı tam orta məktəbin fransız dili müəllimi GünelZərdablı


Tarix: Bu gün, 10:06


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031