Laoslu tələbələrin Azərbaycanda təhsil alması mümkündür

Laoslu tələbələrin Azərbaycanda təhsil alması mümkündür


Müasir dövrdə təhsil beynəlxalq əməkdaşlığın genişlənməsində, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində və mədəniyyətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır.
Qloballaşan dünyada gənclər yalnız öz ölkələrində deyil, digər dövlətlərin ali təhsil müəssisələrində də təhsil almağa maraq göstərirlər. Bu baxımdan, Laos Xalq Demokratik Respublikasının vətəndaşlarının Azərbaycanda təhsil alması da mümkündür.
Azərbaycan zəngin tarixi, qədim mədəniyyəti, əlverişli coğrafi mövqeyi və inkişaf edən təhsil sistemi ilə xarici tələbələr üçün maraqlı ölkələrdən biridir. Ölkəmizdə müxtəlif ixtisaslar üzrə ali təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün müəyyən imkanlar mövcuddur. Laoslu gənclər də müvafiq qəbul şərtlərini yerinə yetirməklə Azərbaycan universitetlərində təhsil ala bilərlər.
Laos vətəndaşlarının Azərbaycanda təhsil alması üçün əsas imkanlardan biri ali təhsil müəssisələrinin beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş qəbul proqramlarıdır. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələrində uyğun ixtisaslara müraciət edə bilərlər. Bunun üçün seçdikləri universitetin qəbul qaydalarını, tədris dilini, tələb olunan sənədləri və digər şərtləri əvvəlcədən araşdırmaları vacibdir. Təhsil almaq üçün viza və ölkədə qanuni yaşamaqla bağlı tələblərə də əməl edilməlidir.
Azərbaycan universitetlərində təhsil almaq Laoslu tələbələrə yalnız peşəkar bilik və bacarıqlar qazandırmaqla məhdudlaşmır. Onlar Azərbaycan xalqının tarixini, milli-mənəvi dəyərlərini, adət ənənələrini və mədəniyyətini yaxından tanımaq imkanı əldə edirlər. Eyni zamanda, Laoslu tələbələrin öz ölkələrinin mədəniyyətini Azərbaycan gənclərinə tanıtması qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişafına töhfə verə bilər.
Digər tərəfdən, xarici tələbələrin ölkəmizdə təhsil alması Azərbaycanın beynəlxalq təhsil əlaqələrinin genişlənməsinə, universitetlərin akademik mühitinin zənginləşməsinə və ölkəmizin dünyada tanınmmasına müsbət təsir göstərə bilər. Laos ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi gələcəkdə elmi , mədəni və iqtisadi əlaqələr üçün də yeni imkanlar yarada bilər.
Nəticə etibarilə, Laoslu tələbələrin Azərbaycanda təhsil alması mümkündür. Bunun üçün onların seçdikləri ali təhsil müəssisəsinin qəbul tələblərinə cavab verməsi və müvafiq hüquqi prosedurları yerinə yetirməsi lazımdır. Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin gəncləri üçün yeni perspektivlər açmaqla yanaşı, Azərbaycan və Laos xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə də xidmət edə bilər.
Bakı şəhəri, Sabunçu rayonu,
Zakir Bəhmənov adına
68 saylı tam orta məktəbin
tarix müəllimi Lalə Babayeva


Tarix: 15-10-2026, 10:14


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031