Qarabağ səfəri Ermənistanın revanşist mövqelərini üzə çıxardı

Qarabağ səfəri Ermənistanın revanşist mövqelərini üzə çıxardı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ölkəmizin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığını və dəstəkləndiyini bir daha nümayiş etdirdi. Bununla belə, həmin səfərə Ermənistan cəmiyyətində bəzi qüvvələr tərəfindən göstərilən mənfi münasibət təəssüf doğurur və qəbuledilməzdir.
Qarabağ Azərbaycanın suveren ərazisidir. Bu baxımdan, xarici diplomatların Azərbaycanın suveren ərazisində səfər etməsinə qarşı çıxılması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini göstərən mühüm faktlardan biridir.
Məsələnin digər mühüm tərəfi tarixi və mədəni irslə bağlıdır. Ermənistan cəmiyyətində Gəncəsər və Xudavəng kimi abidələrin erməni irsi kimi təqdim olunması, eyni zamanda müasir Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinin inkar edilməsi ziddiyyətli yanaşmadır. Tarixi faktların birtərəfli təqdim olunması və müəyyən mədəni irsin məqsədli şəkildə inkar edilməsi regionun tarixinin təhrif edilməsinə gətirib çıxarır.
Qafqaz Albaniyasının irsi də Azərbaycan tarixinin mühüm hissələrindən biridir. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə məlum olan tarixi faktdır. Bu irsin inkar edilməsi tarixə və tarixi həqiqətlərə dözümsüz münasibətin göstəricisi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur.
Mövzu ilə bağlı Ermənistan daxilində fəaliyyət göstərən revanşist qüvvələrin mövqeyi də diqqət çəkir. Tezisdə qeyd olunur ki, yayılan bəzi məlumatlar və kampaniyalar hakim partiyaya yaxın resurslarda da öz əksini tapıb. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlaması isə Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.
Bütün bunlar Ermənistanın sülh prosesinə münasibəti ilə bağlı müəyyən suallar yaradır. 2023-cü ildən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda sülh prosesinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır. Sülhün və sabitliyin təmin olunması üçün tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünə hörmət etməsi, tarixi məsələlərdən siyasi məqsədlərlə istifadə etməməsi və gərginliyi artıran addımlardan çəkinməsi vacibdir.
Azərbaycan xalqının tarixini, mədəni irsini və milli dəyərlərini qorumaq dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələri bu sahədə də mühüm əhəmiyyət daşıyır. Bu siyasət bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın öz tarixi torpaqlarına və mədəni irsinə sahib çıxmasının bariz nümunəsidir.
Sonda qeyd etmək lazımdır ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tarixi həqiqətlərə hörmətlə yanaşılmalı, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri qorunmalıdır. Ermənistan cəmiyyətindəki revanşist və tarixi həqiqətləri təhrif edən yanaşmalar isə sülh prosesinə deyil, qarşıdurmaya xidmət edir.
Bakı şəhəri 213 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Məsumə


Tarix: Dünən, 12:35


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930