Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın reaksiyası

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın reaksiyası

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin və revanşist qüvvələrin reaksiyası qəbuledilməz və təəssüf doğuran hal kimi qiymətləndirilir. Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların Azərbaycanın ərazisində səfər etməsi Azərbaycanın daxili işidir. Bu səbəbdən həmin səfərə qarşı göstərilən mənfi münasibət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər.
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri onu da göstərir ki, səfərdə iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirlər. Buna baxmayaraq, Ermənistan cəmiyyətində bəzi qüvvələr tərəfindən xarici diplomatların səfərinə qarşı sərt reaksiyalar verilməsi müşahidə olunmuşdur.
Digər mühüm məsələ regionun tarixinin və mədəni irsinin təqdim olunması ilə bağlıdır. Materialda qeyd olunur ki, Ermənistan tərəfi Gəncəsər və Xudavəng kimi abidələri erməni irsi kimi təqdim edir, eyni zamanda müasir Ermənistan ərazisində Azərbaycan xalqının tarix və mədəni irsinin mövcudluğunu inkar etməyə çalışır. Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu və onun zəngin mədəni irsi də materialda xüsusi vurğulanır. Azərbaycanın ərazisində yerləşən tarixi və mədəni abidələrin dövlət tərəfindən qorunduğu bildirilir.
Materialda Ermənistan daxilində revanşist qüvvələrin fəaliyyətindən də bəhs edilir. Yayılan bəzi məlumat və paylaşımların Ermənistan hakimiyyətinə yaxın resurslarda yayıldığı və bunun müəyyən kampaniya xarakteri daşıdığı qeyd olunur. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın mövzu ilə bağlı açıqlaması da Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Həmçinin 2022-ci ilin sentyabr döyüşlərində həlak olan hərbçilərin xatirəsinin yad edilməsi revanşist əhval-ruhiyyənin yüksəldilməsinə xidmət edən addım kimi təqdim edilir.
Bütün bu hallar Ermənistanın sülh prosesində səmimiliyi ilə bağlı suallar yaradır. Materialda qeyd olunur ki, son açıqlamalar və paylaşımlar sülh prosesinə zərbə vurmaq niyyətini göstərən kampaniya xarakterli addımlar kimi qiymətləndirilir. Eyni zamanda Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus tarixi və mədəni irsin, o cümlədən tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin və yaşayış yerlərinin dağıdılması məsələsi də vurğulanır. Bu cür əməllərin beynəlxalq hüquqa, o cümlədən 1954-cü il Haaqa Konvensiyasına və UNESCO-nun müvafiq qərarlarına zidd olduğu bildirilir.
N.Nərimanov adına 128 nömrəli ntam orta ümumtəhsil məktəbin
Fransız dili müəllimi Zərdablı Günel Səttar qızı


Tarix: Dünən, 12:40


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930